İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

09.11.2020 - 14:28

İstanbul şəhərinin Bəyazit meydanında Azərbaycan Ordusunun tarixi zəfərlərə imza atması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi münasibətilə Azərbaycana dəstək aksiyası keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib. Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətindən danışıblar.

Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandırıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoyulması ilə bağlı şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Müzəffər Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157052

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930