Voronejdəki soydaşlarımız cəbhəyanı ərazilərin sakinlərinə dəstəyi davam etdirir

11.11.2020 - 16:01

Xaricdə yaşayan soydaşlarımız müxtəlif platformalarda dövlətimizə və ordumuza dəstəyi davam etdirir. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün bütün imkanlarını səfərbər edən soydaşlarımız, həm də cəbhəyanı zonada yaşayan, maddi zərər dəymiş sakinlərə də vaxtaşırı kömək edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, növbəti belə bir addım Voronej azərbaycanlıları tərəfindən atılıb.

“Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki: Burada yaşayan azərbaycanlılar cəbhəyanı ərazilərə yardımlarını davam etdirir. Bizim nümayəndəmiz Tərtər rayonunun Səhləbad kəndində yaşayış evləri müharibədən zərər çəkmiş sakinlərlə görüşüb. Voronejdə yaşayan azərbaycanlıların salamını və köməyini onlara təqdim edib”.

Diasporla İş üzrə Dövlət Komitəsi bu tarixi və şərəfli günlərdə dövlətimizin və xalqımızın yanında olan bütün soydaşlarımıza öz minnətdarlığını bildirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157102

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930