“Fox News”: Donald Tramp seçkini uduzduğu halda Ağ Evi tərk edəcək

14.11.2020 - 16:25

ABŞ-da keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Cozef Baydenin qələbə çaldığı ortaya çıxsa, hazırkı Prezident Donald Tramp müvafiq vaxt ərzində Ağ Evi tərk edəcək.

“Report” xəbər verir ki, bunu dövlət başçısı ilə söhbətindən sonra “Fox News”un aparıcısı Geraldo Rivera bildirib.

Jurnalistin fikrinə görə, D.Tramp “mərdanə vuruşmaq” niyyətindədir, yəni ölkənin seçilmiş prezidentini devirmək fikrinə düşməz.

Xatırladaq ki, bu il noyabrın 3-də Demokrat Partiyasının namizədi Cozef Bayden və hazırkı dövlət başçısı, Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trampın yarışdığı prezident seçkisi keçirilib. Ayın 7-də isə ölkənin başlıca KİV-ləri C.Baydenin yeni prezident seçildiyini bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=157248

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728