Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib
Rusiyanın “Aeroflot” aviaşirkəti noyabrın 18-dən etibarən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.
Trend-in məlumatına görə, bu barədə şirkətin elanında deyilir.
Uçuşlar Moskvadan Tehrana və əks istiqamətdə həftədə iki dəfə həyata keçiriləcək.
Sərnişinlər uçuşa 96 saat qalmışadək COVID-19 testindən keçməlidir.
Uçuşların dayandırılmasına koronavirus pandemiyası səbəb olmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=157414