Ərdoğan Səudiyyə Ərəbistanı kralı ilə G20 sammitindən danışıb

21.11.2020 - 11:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudla telefonla danışıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Məlumata görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib, həmçinin bu il Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək G20 sammiti ilə bağlı müzakirələr aparılıb.

Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri yaxşılaşdırmaq və problemləri həll etmək üçün dialoq kanallarını açıq saxlamaqla bağlı razılığa gəliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=157562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728