“Skynews” müharibədən sonra ermənilərin yaşadıqları xaos və faciəvi durumdan yazıb

22.11.2020 - 10:45

“Bilmirdim ki, qaçıb öz canımı qurtarım, yoxsa qohumumun meyitini daşıyım”

 

“Skynews” bir neçə gün öncə Ağdamdan hazırladığı reportajı yayınlayıb.

Musavat.com
 xəbər verir ki, Britaniya nəşri Nor Seysulan kəndində qəzəbdən bağıran bir ana gördüklərini yazıb.
Nəşr qeyd edib ki, həmin qadın bu müharibədəki insan itkilərini mənasız və ağrılı hesab edir: “Niyə onlar bizim uşaqları aparıb öldürdülər?”

Göz yaşlarında boğulan qadın baş verənlərə etiraz edir: “Ən azı bizə daha əvvəl deyə bilərdilər ki, torpaqları geri veririk, siz də hara istəyirsiz gedin, öz həyatınızı yaşayın. Mən heç bilmirəm ki, müharibədə ölən uşağımı hara gətirim, onu harada torpağa tapşırım. Niyə onlar belə iş görürlər?”
Nəşr yazır ki, bu qadının ailəsinə məxsus mal-qarası var. Ancaq qadın bilmir ki, heyvanları hara aparsın. Bildiyi odur ki, kəndi tərk etməlidir.

Ananın sağ qalmış ikinci oğlu da buradadır. O, Şuşa şəhərində hərbi xidmətdə olub. Şuşa şəhəri əldən gedəndən sonra Ermənistan başa düşdü ki, tezliklə növbə Stepanakertə çatacaq. Ermənilərin qələbə şansı birdəfəlik qeyb olub.

Reportajın davamında qeyd edilir ki, qəzəbli ananın sağ qalan oğlu deyir ki, o, 6 həftə Şuşada xidmət edib. Sonda əmr gəlib ki, şəhəri tərk edin: “Qohumum lap yanımda-gözümün qarşısında öldü, mən bilmirdim ki, qaçıb öz canımı qurtarım, yoxsa qohumumun meyitini daşıyım. Niyə mən həyatda qalmalıyam? Mənim qardaşım ölüb, əmioğlum ölüb”.

Gənc oğlan əli ilə boğazını göstərir və deyir: “Bura bir bıçaq çəkirsən və hər şey bitir”.

“Skynews”un müxbiri öz maşınında qəbirdən çıxardığı cəsədləri aparacaq Ramilə Ovanesyan adlı qadınla da söhbət edib. O deyib ki, ərimin, anamın və atamın cəsədlərini də özümlə aparıram: “Mənim ərim veteran idi, o, xərçəng xəstəliyindən öldü. Bütün qəbir daşlarını və cəsədləri götürürəm. Ancaq onları hara aparacağımı bilmirəm. Hökumət heç olmasa mənə bir az torpaq verməlidir ki, mən bu cəsədləri yenidən dəfn edim”.

Məqalədə qeyd olunur ki, 1990-cı illərdə Dağlıq Qarabağdan və ətrafındakı rayonlardan 600 min nəfər azərbaycanlı (Qərb mətbuatında bəzi mənbələr 800 min nəfər yazır, bəziləri yarım milyondan çox deyir. E.H) ermənilər tərəfindən qovulmuşdu.

O da vurğulanır ki, ermənilər çıxdıqları evlərə Kəlbəcərdə də od vururlar. Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana geri verilməlidir.

Müxbir bildirir ki, Kəlbəcərdə əsas şose yolunun kənarındakı Yanacaqdoldurma məntəqəsinin divarlarına spreylə müxtəlif söyüşlər yazıblar. Britaniya nəşri bunu vandalizm kimi dəyərləndirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157607

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930