Türkiyədə hərbi çevriliş cəhdini idarə edənlərə və Ankaranı bombalayan pilotlara hökm oxunub

26.11.2020 - 15:41

Türkiyədə 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən bir qrup şəxsə hökm oxunub. 

APA-nın yerli bürosunun NTV telekanalına istinadən verdiyi xəbərə görə, 15 iyulda FETÖ-nün hərbi çevrilişi idarə etdiyi Akıncı hərbi bazasında hərəkətlərlə bağlı, “mülki imamlar” və Ankaranı bombalayan pilotların da arasında olduğu 475 nəfər müttəhimin cinayət işi üzrə qərar açıqlanıb.

Qeyd edək ki, onlardan 365 nəfər saxlanılıb.

Akıncı bazasında olduqları müəyyən edilən terror təşkilatının “mülki imamları” – Kemal Batmaz, Hakan Çiçek, Harun Biniş və Nurettin Oruç konstitusiyanı dəyişdirməyə cəhd, prezidentə sui-qəsd və qəsdən öldürmə üzrə təqsirli bilinərək 79 dəfə ömürlük azadlıqdan məhrum ediliblər.

Ankaranı vuran pilotlara yanacaq təşkil edən İncirlik 10-cu Tanker bazasının komandiri Bekir Ercan Van, F-16 pilotlarını yönləndirən sabiq polkovnik-leytenant Hakan Karakuş, Polis Hava Dairəsini lazerlə işarələyən pilot, sabiq mayor Mustafa Azimetli, hərbi çevrilişə cəhd zamanı F-16-lara bombalama təlimatlarını çatdıran sabiq kapitan Mustafa Mete Kaygusuz, Ankarada F-16 ilə ilk uçuşu həyata keçirən sabiq mayor Mehmet Fatih Çavur 79 dəfə ömürlük azadlıqdan məhrum ediliblər.

Çevrilişə cəhd zamanı Polis Özəl Hərəkat Dairəsini bombalayan pilot, sabiq kapitan Uğur Uzunoğlu 45 dəfə ömürlük azadlıqdan məhrum edilib.

Sabiq polkovnik Fatih Yarımbaş isə 9 dəfə ömürlük azadlıqdan məhrum edilib.

Aralarında FETÖ-nun rəhbəri Fətullah Gülən və “mülki imam” Adil Öksüzün olduğu 6 nəfərin cinayət işi üzrə icraat isə ayrılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=157773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728