Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib

27.11.2020 - 11:37

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin istefaya getməli olduğunu deyib. Onun fikrincə, İon Kikunun hökuməti koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilmir.

APA xəbər verir ki, yeni prezidentin müvafiq çıxışı “Moldova 1” telekanalında yayımlanıb.

“Böhrandan çıxış yolu tibbin maliyyələşdirilməsindən asılıdır və bunun üçün xaricdən yardım cəlb etmək üzərində işlərə başlamışam. Ancaq hökumət ölkə daxilində öz vəzifələri ilə məşğul olmalıdır və əgər öhdəsindən gələ bilmirsə, istefaya getsin”, – deyə prezident telekanala verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “ölkə vətəndaşları ofisin fəaliyyətini mənfi qiymətləndirir” və hesab edir ki, “hökumət xəstəxanalarda əlavə yerlər hazırlamayıb və pandemiya ilə mübarizədı lazımi tibbi avadanlıqlar almayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=157785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728