ABŞ-ın 231 illik tarixində ilk dəfə maliyyə naziri qadın olacaq

03.12.2020 - 10:55

Bayden iqtisadi komandasını ilklərdən qurdu: pandemiyaya qalib gələcəkmi – təhlil

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və vitse-prezident Kamala Harris administrasiya üçün seçdikləri ən yüksək iqtisadi komanda üzvlərini təqdim edib.

“Yeni Müsavat”ın xəbərinə görə, növbəti prezident və vitse-prezident Federal Ehtiyatlar Komitəsinin keçmiş sədri Canet Yelleni maliyyə naziri vəzifəsinə irəli sürüb. O, Amerikanın 231 illik tarixində nazirliyə rəhbərlik edəcək ilk qadın olacaq.

İqtisadi heyətin qarşısında koronavirus pandemiyasının dünyanın ən böyük iqtisadiyyatına təsirlərini həll etmək kimi problem dayanır.

Bundan əlavə, Bayden Vaşinqtonda liberal ictimai siyasət araşdırma və vəkillik qrupu olan “American Progress Center”in prezidenti Nira Tandeni hökumətin İdarəetmə və Büdcə Ofisinin direktoru vəzifəsinə irəli sürüb.

Senat tərəfindən təsdiqlənsə, Tanden agentliyə rəhbərlik edəcək ilk qeyri-ağ qadın və ilk cənubi asiyalı amerikalı olacaq.

Baydenin namizədliyini irəli sürdüyü və uzun müddət iqtisadi siyasət rəsmisi olan Valli Adeyemo Yellenin müavini, Maliyyə Nazirliyində ikinci yüksək vəzifəni tutan ilk afro-amerikalı şəxs olacaq.

Bayden Princeton Universitetinin ictimai və beynəlxalq əlaqələr məktəbinin dekanı, iqtisadçı Sesilia Rosu Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsinə təyin edib. O, bu vəzifədə çalışacaq ilk qaradərili və dördüncü qadın olacaq.

Baydenin iqtisadi komandasına seçimləri arasında iki iqtisadçı – Cared Bernstein və Heater Bouşey də yer alıb. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ABŞ iqtisadiyyatına ciddi ziyan vurub.

Virusun Çin və Avropadan ABŞ-a keçməsi nəticəsində itirilən 22 milyon iş yerinin bir çoxu bərpa edilib.

İşçilərin ixtisarı bir neçə ay əvvəl milyonlarla idisə, oktyabr və noyabr ayları ərzində 700 000-dən çox insan işsizlik təzminatı üçün müraciət edib.

Bəs Baydenin iqtisadi komandası ölkəsini bu vəziyyətdən necə çıxaracaq? Pandemiyanın təsirlərini aradan qaldıracaqmı?

Ümumiyyətlə, onun prezidentliyi dövründə ABŞ koronavirusla mübarizədə hansı töhfələri verə bilər?

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Baydenin pandemiyanın təsirlərini aradan qaldıracağına inanır.

Onun sözlərinə görə, 40-dan çox ölkədə peyvəndlərin hazırlığı başa çatır və bu ayın sonundan vaksinlərin tətbiqinə başlanacaq.

“Pandemiya üzərində qələbənin müddəti yaxınlaşdığına görə Baydenin səylərinə baxmayaraq, dünyanın koronavirusla apardığı mübarizənin nəticələrini göz önündə tutaraq ABŞ-da da problem həllini tapacaq.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

“Onun çox yaşlı olması, bir neçə xəstəliyini nəzərə alsaq…”

Gələn ilin yayına qədər peyvənd olunan dünya əhalisinin 50 faizdən yuxarı olacağı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrdə bu faiz daha yüksək olacaq”, – deyə Q.Hüseynli qeyd etdi.

Ekspert hesab edir ki, Baydenin ölkəsini iqtisadi böhrandan çıxarmasına gəlincə, bu məsələdə ehtiyatlı olmağa üstünlük verir:

“Komanda da nüfuzlu məmurlar olsa da, Baydenin özünün bu proseslərdə nə dərəcədə aktiv olacağı məsələsi dayanır.

Onun çox yaşlı olması, bir neçə xəstəliyini nəzərə alsaq, Amerika kimi nəhəng ölkənin iqtisadiyyatını düşdüyü vəziyyətdən çıxara biləcəyini söyləmək olduqca çətindir.

Lakin istənilən halda ABŞ Baydenin intellektinə söykənməyəcək. Amerikalılar işgüzardırlar, sistemin işləməsi subyektiv mülahizələrdən çox, obyektiv qanunauyğunluqlar üzrə cərəyan edir”.

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Baydenin afroamerikalılara mühüm vəzifələr verməsi seçkidə onlara etdiyi jestin nəticələridir.

Politoloq deyir ki, ağdərili Respublikaçı Tramp miqrantlara, xüsusən meksikalılara və afroamerikalılara münasibətdə pozitiv siyasət yürütmədi.

“Afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi və başlanan üsyanlar Trampın qaradərililərin səsini itirməsi ilə nəticələndi.

Bayden isə ilk gündən Kamala Harrisi namizəd irəli sürməklə afroamerikalı seçiciləri yanına çəkdi.

Onun iqtisadi komandasından gözləntilərə gəlincə, Demokratlar miqrantlara geniş imkanlar yaradırlar.

Onlar iqtisadiyyatda liberallaşmanın tərəfdardırlar və daha çox kiçik sahibkarlığa, aşağı təbəqəyə üstünlük verirlər. Respublikaçılar isə maliyyənin iri biznesmenlərin əlində qalmasını dəstəkləyir.

Bu mənada Baydenin iqtisadi siyasətinin böhrandan çıxmağa müsbət təsir edəcəyini gözləyirəm. Hərçənd ki, Tramp da iqtisadi dirçəlişə nail olmuşdu, yeni iş yerləri açılmışdı, amma pandemiya hamısını bağladı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930