Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir

04.12.2020 - 11:08

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

“Hər bir erməni kimi mən də bu reallıqla barışa bilmirəm”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.

“Əmin etmək istəyirəm ki, əvvəllər olduğu kimi, gələcəkdə də, bütün səylərim və addımlar hansı sahədə işləyəcəyimdən asılı olmayaraq, vətənimizin və xalqımızın xeyrinə yönəldiləcək”, – o əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Mənim addımım” Partiyasının üzvü, deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. O, bu barədə özünün feysbuk səhifəsində yazıb. Gevorkyan bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930