Avstriya polisi Almaniyada ekstremist qruplar üçün nəzərdə tutulmuş silahlar ələ keçirib

13.12.2020 - 10:26

Avstriya polisi, Almaniyada ekstremist qruplar üçün nəzərdə tutulmuş çox sayda avtomat silah, partlayıcı maddə və əl qumbarası ələ keçirib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karl Nehammer mətbuat konfransında bildirib.

“Avstriyadakı sağçı ekstremist qrupa, mütəşəkkil cinayətkarlığa və onların əlaqələrinə ağır zərbə vurduq”, – nazir belə deyib.

Onun sözlərinə görə, bir sıra evlərdə axtarışlar aparılıb və beş nəfər həbs olunub. Nehammer bildirib ki, zərərsizləşdirilən qrup hücum məqsədilə silah toplayırmış.

Cinayət şəbəkəsi Almaniyada fəaliyyət göstərib, istintaqa Bavariya və Vestfaliyadan olan istintaqçılar da cəlb olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158364

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728