Fransa və Almaniyanın İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb

14.12.2020 - 11:04

Fransa və Almaniyanın İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

APA-nın Tehran bürosunun məlumatına görə,  İranın etirazı iki Avropa ölkəsinin nümayəndələrinə çatdırılıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlama verib.

S.Xətibzadə bildirib ki, Fransa və Almaniyanın rəsmi nümayəndələrinə Avropanın digər ölkələrdə terrorun və iğtişaşların dəstəklənməsi ilə bağlı ikili standart yürütdüyü bildirilib.

İran rəsmisi əlavə edib ki, “nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsində lazımi mövqe bildirməyən Avropa dövlətləri bu dəfə dərhal müdaxilə xarakterli addımlar atıblar”.

Qeyd edək ki, İranda 2017-2018-ci il iğtişaşlarında əli olduğu deyilən və İran əleyhinə casusluqda ittiham olunan  Ruhulla Zəm adlı şəxsin edamından sonra bır sıra Avropa dövlətləri rəsmi Tehrana qarşı bəyanat veriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158405

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031