Paşinyanın daha bir sələfi onu istefaya çağırdı

16.12.2020 - 10:51

“Ermənistan dərin – mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial, ciddi böhran içindədir. Daha dərin böhranı təsəvvür etmək çətindir. Daha nə olmalıdır?”.

“Report” xəbər verir ki, bu fikirlər Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın ölkədə yaranmış vəziyyətlə əlaqədar bəyanatında yer alıb.

Karen Karapetyan qeyd edib ki, ölkənin bu vəziyyətə düşməsinə səbəbkar hakimiyyətdir.

“Bu taleyüklü məqam hakimiyyət üçün dar siyasi maraqlarından daha yüksəkdə durmaq bacardığını göstərmək, yüksək şüur nümayiş etdirmək, ölkəni sakitləşdirmək, siyasi qüvvələrə keçdikləri yolu yenidən düşünmək və gələcəyə baxış formalaşdırmaq, xalqın isə yeni bir hökuməti seçmək üçün ən vacib sınaq şərtləridir”, – deyə o vurğulayıb.

“Ümid edirəm ki, baş nazir özündə ölkənin gələcəyi xeyrinə istefaya getməsi ilə bağlı qərar qəbul etməyə cəsarət tapacaq”, – Karen Karapetyanın bəyanatında deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158488

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728