ABŞ-da bir gündə 3,5 mindən çox insan koronavirusdan ölüb

17.12.2020 - 15:25

ABŞ-da çərşənbə günü yeni növ koronavirusa yoluxmanın nəticələri ilə bağlı üç antirekord qeydə alınıb. Belə ki, gün ərzində 3,5 mindən çox ölüm, 240 mindən çox yeni yoluxma halı qeydə alınıb, habelə 113 069 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin hesablamalarına görə, pandemiya başlayandan bəri ABŞ-da ümumilikdə 16 964 180 nəfər koronavirusa yoluxub, onlardan 307 340-ı ölüb.

Bu göstəricilərin hər ikisinə görə ölkə dünyada birinci yerdədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=158544

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728