Qazaxıstanda koronavirusdan sağalanların sayı 130 mini keçib
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 652 yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 146 584 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 130 776 nəfəri sağalıb, 2 147 nəfəri isə vəfat edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=158619