Çili prezidenti çimərlikdə maska taxmadığına görə cərimələndi

20.12.2020 - 10:49

Çili prezidenti Sebastyan Pinera ictimai yerdə qoruyucu maskadan istifadə rejiminin pozulmasına görə 2,5 milyon peso (təxminən 3,5 min ABŞ dolları) məbləğində cərimə edilib.

“Report” xəbər verir ki, bu Valparaiso regionunun Səhiyyə Nazirliyi tvitterdəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçısı özü qaydanı pozması haqqında bildirib.

Daha əvvəl Çili prezidentinin çimərlikdə yad qızla çəkdirməsi ölkədə böyük rezonans doğurub.

Cons Xopkins Universitetinin məlumatına görə, Çilidə koroavirusa 581 135 yoluxma halı qeydə alınıb. Eyni zamanda virusa yoluxmuş 16 051 pasiyent ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=158631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728