ÜST: Gələn il pandemiyanı dayandırmaq mümkün olacaq

20.12.2020 - 11:23

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç koronavirusun 2021-ci ildə yox olması variantına şübhə ilə yanaşır.

“Report” xəbər verir ki, bu barədə o, Azərbaycan əsilli jurnalist Nailə Əskərzadənin “Rossiya 1” telekanalında yayımlanan “Təhlükəli virus. Birinci il” verilişinə müsahibəsində deyib.

Vuynoviç pandemiyanı artıq növbəti il dayandırmağın mümkün olacağına ümidini ifadə edib, ancaq ÜST rəsmisi hesab edir ki, dünya infeksiyadan hələ belə tezliklə qurtulmayacaq. “Pandemiya nədir – bu, Yer kürəsi ətrafında çoxlu sayda insanda eyni zamanda olan xəstəlikdir. Amma virus bizimlə qalacaq. Mən bizim “tac”dan (korona-red) belə tezliklə qurtulmayacağımızdan qorxuram”, – o deyib.

Vuynoviçin sözlərinə görə, indi hazırlanan peyvəndlər koronavirusun mutasiyaları vaxtı effektivliklərdən məhrum olmayacaqlar. O, əlavə edib ki, virusun mutasiyası normal təzahürdür.

“Bir virusun genindəki hər dəyişikliyin onun davranışındakı dəyişiklik demək olmadığını başa düşmək çox vacibdir”, – o vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158633

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930