Kanada da Britaniya ilə hava əlaqəsini dayandırdı

21.12.2020 - 10:48

Kanada Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar bu ölkə ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə qərar baş nazir Castin Trüdonun Nazirlər Kabinetinin üzvləri ilə danışıqlarından sonra qəbul edilib. Qərar Bakı vaxtı ilə saat 09:00-da qüvvəyə minəcək və 72 saat davam edəcək.

 

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=158661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728