Netanyahu Mərakeşin kralını ölkəsinə dəvət edib

26.12.2020 - 11:17

İsrailin Baş naziri Binyamin Netanyahu Mərakeşin kralı VI Mohammedi ölkəsinə səfər etməyə dəvət edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Binyamin Netanyahu ilə Mərakeşin kralı VI Mohammed arasında telefon danışığı baş tutub. Netanyahu Kralı yaxın gələcəkdə İsrailə səfər etməyə dəvət etdi”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Mərakeş, ABŞ və İsrail səlahiyyətliləri Rabatda Birgə Bəyannaməyə imza atıblar. Sənədi Mərakeşin Baş naziri Saad əd-Din əl-Osmani, ABŞ prezidentinin baş məsləhətçisi və kürəkəni Cared Kuşner və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imzalayıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158873

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930