Daha iki ölkədə COVID-19-un təhlükəli forması aşkarlandı

27.12.2020 - 10:56

İsveçdə koronavirusun yeni ştamına bir yoluxma aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə İsveç səhiyyəsinə istinadən “Reuters” agentliyi bildirib.

COVID-19-un yeni variantı Böyük Britaniyadan Milad bayramını bu ölkədə qeyd etmək üçün İsveçə gəlmiş səyahətçidə aşkarlanıb.

Virusa yoluxmuş şəxs təcrid olunub. Qeyd edilir ki, bundan başqa koronavirusun yeni ştamına yeni yoluxma hələ qeydə alınmayıb.

İspaniyanın “El Mundo” qəzeti də öz növbəsində COVID-19-un yeni növünə dörd yoluxma halının üzə çıxarılması haqqında bildirib.

Nəşrin informasiyasına əsasən, virusa yoluxmuş üç şəxs bir ailənin üzvləridir. Bunlar ər, arvad və onların qızıdır. Onların hamısının bu yaxınlarda Britaniyadan gəlmiş qohumlarından virusa yoluxduqları güman edilir. Yaşca cavan insan qayıdışından sonra test verib və yoluxma aşkarlanıb. Daha sonra xəstəxanaya yoluxma simptomları ilə onun ailə üzvləri müraciət ediblər və onlarda “Britaniya ştammı” aşkarlanıb.

Ekspertlər bildirirlər ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158919

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031