Barens dənizində balıqçı gəmisi batıb, 17 nəfər itkin düşüb

28.12.2020 - 10:54

Barens dənizində balıqçıların olduğu “Oneqa” gəmisi batıb. Gəminin göyərtəsində olan 19 nəfərdən ikisi xilas edilib, 17 nəfər itkin düşüb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.

Hadisə barədə məlumat bu gün səhər saatlarında daxil olub. İlkin məlumata görə, gəmi buzlanma səbəbindən batıb.

“Ekipaj 19 nəfərdir. İki nəfər xilas edilib”, – Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Hazırda “Voykovo” gəmisinin heyəti balıqçıların axtarışı ilə məşğuldur, hadisə yerinə əlavə üç gəmi göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031