Ermənistanda yol qəzasında iki hərbçi ölüb
Ermənistanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, qəza Qafan-Gorus yolunda qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.
“shamshyan.com” saytının məlumatına əsasən yol qəzasında Ermənistan ordusunun iki hərbçisi həyatını itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=159012