Ermənistandan olan yazıçıların əsərləri Ukraynada çap olunmayacaq

30.12.2020 - 11:17

Ukraynanın ərazi bütövlüyünü tanımayan ölkələrin yazıçılarının əsərləri bu ölkədə çap olunmayacaq.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “Ədəbiyyat qəzeti” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq qərar Ukrayna Milli Yazıçılar İttifaqı tərəfindən qəbul edilib.

Qeyd olunub ki, qərar əsasən BMT-də səsvermə zamanı Kiyevin Krımla bağlı mövqeyini dəstəkləməyən ölkələrin yazıçılarını əhatə edəcək. Bura Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Venesuela, İran, Zimbabve, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudan daxildir.

Eyni zamanda, adları çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə müştərək tədbirlərin (yaradıcılıq gecələri, dəyirmi masalar, konfranslar) keçirilməsinin dayandırılması barədə də qərar qəbul olunub.

Ukraynalı müəlliflərə, o cümlədən Ukrayna Milli Yazıçılar İttifaqının üzvlərinə isə həmin ölkələrin təşəbbüsü ilə keçirilən istənilən tədbirlərdə iştirak etmək qadağan edilib.

O da qeyd olunub ki, istisna hal kimi yalnız klassiklər və açıq şəkildə Ukraynanın mövqeyini dəstəkləyən müasir müəlliflər istisna təşkil edə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=159055

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728