Dünya koronavirusa görə qan ağlayır, Uhanda camaat kef edir – Foto

01.01.2021 - 11:27

Koronavirusun ilk ortaya çıxdığı Çinin Uhan şəhərində insanlar Yeni ili böyük coşqu ilə qarşılayıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, koronavirus pandemiyasının başladığı Uhanda minlərlə insan Yeni ili qarşılamaq üçün küçələrə axışaraq, bir araya gəliblər.

Artıq Uhanda heç bir yoluxma faktının olmadığı deyildiyi üçün insanlar rahat şəkildə birlikdə meydanlara toplaşaraq, əyləniblər.

Xatırladaq ki, dünyanın bəlasına çevrilən COVİD-19 2019-cu il dekabrın ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması ilə başlayıb. 31 dekabrda isə Çin hökuməti naməlum pnevmoniyanın başlaması haqda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Bir neçə gün sonra 2020-ci ilin 22 yanvarında Uhanda karantin rejimi tətbiq edilib. ÜST yayılan yeni virusun adını COVİD-19 qoyaraq, martın 11-də pandemiya elan edib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=159121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728