Qırğızıstanda hərbi hissədə terror törətmək istəyən şəxs tutulub
Qırğız Respublikasında hərbi hissələrdən birində terror törətmək niyyətində olan kişi saxlanılıb.
“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.
Bildirilib ki, terrorun qarşısını Qırğız Respublikasının Təhlükəsizlik üzrə Dövlət Komitəsi ilə qonşu dövlətlərdən birinin xüsusi xidmət orqanı alıb.
Məlumata görə, 1998-ci ildə anadan olan Qırğızıstan vətəndaşı saxlanılıb. İbtidai istintaq zaman müəyyən edilib ki, o, əldəqayırma partlayıcı qurğu ilə hərbi hissələrdən birində partlayış törətmək niyyətində imiş.
İstintaq davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=159162