ABŞ-da koronavirus qurbanlarının sayı 350 mini ötüb
ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda 350 min 186 nəfər COVID-19-dan ölüb.
“Report” universitetin saytına istinadən xəbər verir ki, ölkədə virusa 20 427 780 yoluxma aşkarlanıb. Məlumata görə, koronavirusa yoluxmuş 12 milyondan çox insan sağalıb.
ABŞ-da son gündə 160 606 nəfər koronavirusa yoluxub. Son 24 saatda Birləşmiş Ştatarda 2 051 koronavirus xəstəsi ölüb.
Xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzlər bildirib ki, ABŞ-da ötən həftənin bazar günü vaksinin 13 milyon 71 min 925 dozası müvafiq tibbi məntəqələrə göndərilib.
ABŞ-da “Moderna” və “Pfizer”/”BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=159174