Assanj, Menninq və Snouden Nobel mükafatına namizəd göstərildi

05.01.2021 - 12:10

Nobel Sülh Mükafatı laureatı Meyrid Korriqan Culian Assanjı, Çelsi Menninq və Eduard Snoudeni bu mükafata namizəd göstərib.

Azvision.az xəbər verir ki, bununla bağlı o, Nobel Komitəsinə məktub ünvanlayıb.

Korriqan qeyd edib ki, bu şəxsləri bir araya gətirməyinin səbəbləri sadədir: “Onlar ayrılıqda hakimiyyətlərin qanunsuz hərəkətlərini ifşa edən saysız cəsarət nümunələri göstərdilər Və birlikdə öz fədakarlıqları ilə insan ruhunun böyüklüyünü nümayiş etdirdilər”.

Korriqan, Assanjın Britaniya həbsxanasında saxlandığını, məhkəmənin onun ABŞ-a ekstradisiyasını rədd etməsinə baxmayaraq, bu riskin qaldığını xatırladıb. Onun sözlərinə görə, Assanj ABŞ-da “qəddar, alçaldıcı və insanlıqdan kənar davranışa” məruz qala, hətta edam cəzasına məhkum edilə bilər.

Çelsi Menninq Assanja məlumat ötürməkdə günahlandırılıb və ona qarşı ifadə verməkdən imtina etdiyi üçün yeddi il ABŞ həbsxanasında cəza çəkib. Keçmiş prezident Barak Obama tərəfindən əfv olunub.

ABŞ kəşfiyyat xidmətinin genişmiqyaslı gizli izləmə proqramlarını aşkarlayan Snouden Rusiyaya sığınıb və onu ömürlük həbs cəzası gözlədiyindən vətəninə dönə bilmir.

Nobel mükafatçısı deyib ki, onların hər üçü vicdanlarının səsi ilə vəzifələrini sevgi ilə yerinə yetirdilər.

Xatırladaq ki, Korriqan 1976-cı il Nobel mükafatını Şimali İrlandiyadakı münaqişənin nizamlanmasına görə alıb. O, Betti Uillyamsla birlikdə münaqişəyə son qoymağa çalışan təşkilat yaradıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159275

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930