Alişan canlı yayında vaksin vurdurdu

06.01.2021 - 16:14

Türkiyənin məşhur müğənnisi Alişan canlı yayında koronavirusa qarşı peyvənd vurdurub.

Musavat.com xəbər verir ki, sənətçi Star TV-də yayımlanan və aparıcısı olduğu “Demet və Alişanla sabah-sabah” proqramının canlı efirində vaksin vurdurub.

Müğənni bildirib ki, peyvənd olunmaq üçün könüllü olaraq müraciət edib:

“Mən daxil olmaqla hər kəs COVID-19-dan bezib. Bu problemin tək həll yolu peyvənddir. Tez bir zamanda bu işdən xilas olmaq lazımdır. Mən də tanınmış biri kimi örnək olmaq istədim”.

Qeyd edək ki, Türkiyədə ilk vaksin vurduran məşhur Çağla Şikel olub. O, həmin anın fotosunu sosial şəbəkədə paylaşmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=159367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728