Bu, bumeranqdır: rəngli inqilab ABŞ-a çatdı – Koribko

07.01.2021 - 11:32

Bu gün Vaşinqtonda baş verənlər, digərləri ilə eyni niyyətdə olmasa da, “rəngli inqilab” texnologiyasının klassik bir tətbiqi idi. Bu fərqi qeyd etmək olduqca vacibdir, çünki bu, bütün dinamikanı dəyişir.

Bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Koribko bu gün Kapitolidə yaşananları şərh edərkən deyib.

Onun sözlərinə görə, rəngli inqilablar adətən xaricdən təhrik edilir:

“Lakin bu, tamamilə yerli şərtlərlə meydana gəlib. Ən azından bundan əminik ki, bu hadisələr qəsdən olmasa da, Tramp tərəfindən başladıldı. Onun tərəfdarlarını etiraza səsləməsi hadisələrin başlanğıcı hesab oluna bilər”.

Ekspertin sözlərinə görə, Amerika prezidenti rejim dəyişikliyinə təkan vermək əvəzinə, onu möhkəmləndirməyə çalışır:

“Çünki daha öncə tərəfdarlarının önündə etdiyi çıxışlarında da qeyd etdiyi kimi, seçkilərin nəticələrinin oğurlandığına inanır və hər kəsə açıq şəkildə buna dair dəlillərinin olduğunu deyir. Bu mənada “rəngli inqilab” texnologiyasının ən bariz nümunəsi ortaya qoyuldu və bu, hazırkı hökuməti dağıtmaq və tamamilə məhv etmək əvəzinə, onu gücləndirmək məqsədilə edildi. Bütün bunları nəzərə alaraq, baş verənləri ənənəvi rəngli inqilab deyil, “demokratiyanın təhlükəsizliyinin həyata keçirilməsi” kimi təsvir etmək daha yaxşıdır. Bu yeni termin dövlətin antidemokratik rejim dəyişikliyi səylərinə xalqın etiraz hərəkatlarını ən təsirli şəkildə meydana gətirənlər kimi, bəzi “rəngli inqilab” taktikalarını yaradıcı şəkildə istifadə edərək möhkəmləndirməsini nəzərdə tutur. İki ay əvvəl seçki saxtakarlığı olduğuna inandıqlarına görə Tramp tərəfdarları ABŞ paytaxtına basqın etdi”.

Koribko Vaşinqtonda baş verənləri Amerikanın başlatdığı bir prosesin bumeranq kimi özünə qayıtması kimi qiymətləndirib:

“Son nəticədən asılı olmayaraq, məsələnin əsli budur ki, Amerikanın illər əvvəl açdığı “Pandoranın rəngli inqilablar qutusu”, nəhayət, evlərinə bumeranq kimi qayıtdı. Keçən yay demokratlar Antifa və “Black Lives Matter” vasitəsilə bu taktikaları tətbiq etdilər, bu il də mühafizəkarlar eyni şeyi edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031