Rusiya dövləti belə cəzalandırılır – Himnini kompozisiya, bayrağını ağ parça əvəzləyəcək

10.01.2021 - 15:42

Yanvarın 13-də Misirdə start götürəcək kişi həndbolçular arasında dünya çempionatında Rusiya himni səsləndirilməyəcək.

Report un məlumatına görə, bu barədə Rusiya Həndbol Federasiyasının (FQR) baş direktoru Lev Voronin açıqlama verib. O bildirib ki, ölkə himnini Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə razılaşdırdığı kompozisiya əvəzləyəcək.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) sanksiyaları ilə əlaqədar rusiyalı idmançılar 16 dekabr 2022-ci ilədək Olimpiya Oyunları, eləcə də dünya çempionatlarında bayraqsız və himnsiz çıxış etməli olacaqlar.

Voronin bütün olimpiya növləri üzrə dünya çempionatlarında və olimpiadada Rusiya idmançıları üçün eyni musiqi kompozisiyasının səsləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, kişi həndbolçular arasında dünya çempionatı yanvarın 31-dək davam edəcək. Rusiya yığması “Rusiya Həndbol Federasiyasının Komandası” adı altında mübarizə aparacaq. Rusiya bayrağını isə FQR bayrağı (yazısız FQR loqotipli ağ parça) əvəzləyəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930