Yapon dənizi sahillərinəyağan qarın qalınlığı 1 metri keçib

11.01.2021 - 15:50

Sinoptiklər xəbər verirlər ki, yanvarın 11-də Yapon dənizi sahillərində güclü qar yağması davam edib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yüksək soyuq atmosfer təzyiqi və kəskin qış hava kütləsi Yaponiyanın Hokuriku regionuna və Niiqata prefekturasına güclü qar yağıntısı gətirib.

Bazar ertəsi səhər saat 5-ə olan məlumata görə, Toyama şəhərinə 120 santimetr, Fukui şəhərinə 100 santimetr, Niiqata şəhərinə isə 63 santimetr qar yağıb.

Niiqata, Toyama , İşikava və Fukui prefekturalarında qarın qalınlığı ilin həmin fəslinin orta göstəricilərini iki dəfədən çox üstələyib.

Meteorologiya Agentliyi yerli əhalidən evdən yalnız kəskin tələbat yarandığı təqdirdə çıxmağı xahiş edib.

Güclü qar yağması nəticəsində bir neçə bədbəxt hadisə də qeydə alınıb. Belə ki, bazar günü axşam saatlarına olan son məlumatlara görə Niiqata, Toyama, İşikava, Fukui və Qifu prefekturalarında 8 nəfər həyatını itirib, 270-dən çox xəsarət alan var.

Short URL: http://www.cumhuriyyet.net/?p=159651

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728