cumhuriyyet.net
Ermənistanda koronavirusa yoluxanların sayı 162643-ə yüksəlib • Cumhuriyyət
Ermənistanda daha 355 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 643 olub. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 2 941-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 707-yə yüksəlib. İndiyədək 150 602 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 8 393 aktiv koronavirus xəstəsi var.
nesimi