İndoneziyada güclü zəlzələ baş verib

15.01.2021 - 11:00

İndoneziyada qeydə alınan 6,2 bal gücündə zəlzələ nəticəsində ən az üç nəfər ölüb, 24 nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub.

Zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=159784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031