Bayden ABŞ-ı sazişə qaytara bilməyəcək – Rusiya

16.01.2021 - 12:24

ABŞ-ın bütün beynəlxalq məsələlərdə tutduğu mövqe dünya birliyinin prinsiplərinə birbaşa ziddir.

Axar.az xəbər verir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

“Bayden rəhbərliyinin Açıq Səma Razılaşmasına qayıtma ehtimalı azdır, çünki müqavilə ilə bağlı mövqeyi beynəlxalq aləmin prinsiplərinə ziddir”, – Qavrilov vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya hakimiyyəti Açıq Səma Razılaşmasından çıxmaq haqqında qərar qəbul edib. Daha öncə isə ABŞ sözügedən razılaşmanı tərk etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=159808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728