Özbəkistanla Tacikistan arasında müntəzəm aviareyslər bərpa edilir
“Özbəkistan Hava Yolları” aviaşirkəti Daşkənd-Düşənbə-Daşkənd marşrutu üzrə müntəzəm uçuşların bərpa edir.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar həftədə bir dəfə, çərşənbə günü yerinə yetiriləcək.
Tacikistanın “Somon Air” aviaşirkəti isə həftənin cümə günləri Düşənbə-Daşkənd-Düşənbə marşrutu üzrə uçuşlarına start verəcək.
Qeyd edək ki, ötən ilin dekabrın 25-dən Özbəkistana gələn bütün sərnişinlər hava limanına çatdıqdan sonra COVID-19 testindən keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=159968