Havanın çirklənməsi Avropada hər il 50 min nəfərin ölümünə səbəb olur

22.01.2021 - 11:21

Havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun şəkildə aşağı salınması hər il Avropada orta hesabla 50 min erkən ölüm halının qarşısını ala bilər.

AZƏRTAC xəbər verir ki, Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçıları Avropanın minə yaxın şəhərində havanın çirklənməsini ölçüblər və nəticələr “Lancet Planetary Health“ elmi nəşrində dərc olunub. Bu zaman alimlər ÜST-ün kriteriyalarını əsas götürüblər və PM2,5 kateqoriyasına daxil olan çirkli hava partikllərinin, eləcə də havadakı azot oksidinin (NO2) miqdarını araşdırıblar. ÜST-ün açıqlamasına görə, hər il dünyada yeddi milyondan çox insan hava çirklənməsinin səbəb olduğu xəstəliklərdən (qan-damar sistemi və nəfəs yolları xəstəlikləri) dünyasını dəyişir. Beynəlxalq qurum havanın təmizliyi üçün sərhəd dəyərlər kimi orta illik göstəricidə PM2,5 kateqoriyalı çirkli hava partikllərinin bir kubmetrdə on mikroqram və azot oksidinin həcmini isə bir kubmetrdə 40 mikroqram olaraq müəyyən edib.

Alimlər müəyyən ediblər ki, Avropa şəhərlərində havanın təmizliyinə ÜST-ün meyarları əsasında riayət olunarsa, hər il 51213 erkən ölüm halının qarşısını almaq mümkün ola bilər. Əgər havanın təmizliyi tədqiq edilən şəhərlər içərisində ekoloji cəhətdən ən təmiz şəhərin səviyyəsinə çatdırılarsa, bu zaman hər il 125 min insanın həyatı xilas edilə bilər.

İnstitutun tədqiqatçısı Mark Nivenhuiysen bildirib ki, bu tədqiqat əksər şəhərlərin havanın çirklənməsinə qarşı kifayət qədər mübarizə aparmadığını nümayiş etdirir. Tədqiqatçıların hava çirklənməsi əsasında apardıqları hesablamalar nəticəsində İtaliyanın Po çayı vadisindəki şəhərləri, Polşa və Çexiya şəhərlərində hava kirliliyi nəticəsində ölüm hallarının daha yüksək olması qənaətinə gəlinib. Maraqlıdır ki, ən təmiz şəhərlər sırasına da İtaliya şəhərləri (Breşa, Berqamo və Viçenza) başçılıq edirlər. Norveçin Tromsö, İsveçin Umea, Finlandiyanın Oulu şəhərləri və İslandiyanın paytaxtı Reykyavik də ən təmiz şəhərlər arasında yer tutublar.

Aparılan tədqiqat zamanı Avropa şəhərlərinin 84 faizində havadakı çirkli partikllərin səviyyəsi ÜST-ün tövsiyə etdiyi sərhəd göstəricidən yuxarı olduğu da müəyyən edilib. Azot oksidinin miqdarı isə şəhərlərin 9 faizində normadan yuxarı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160148

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031