Kapitoliyə hücum iştirakçılarından biri senatoru öldürməyə dair çağırışda ittiham olunur

24.01.2021 - 11:48

ABŞ-ın sabiq prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı Kapitoli binasına etdiyi hücumun iştirakçısı, eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü öldürməyə dair çağırış edən Texas ştatının sakini saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Ap News” məlumat yayıb.

Məlumata görə görə, Dallas şəhər sakini Qarrett Miller digər nümayişçilərlə birlikdə Kapitoliyə girib. Bundan başqa, o, “Twitter” səhifəsində bir neçə paylaşım edərək, ABŞ Nümayəndələr Palatasının Nyu-York ştatından olan üzvü Aleksandriya Okasio-Kortesin öldürülməsinə dair çağırış edib. Öz paylaşımlarının birində Miller bildirib ki, etirazçılar növbəti dəfə odlu silahlarla gələcək.

Q.Miller, həmçinin “Instagram”da Kapitoli polisinin ünvanına təhdid dolu paylaşımlar da edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=160235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728