Çində qaz xəttinin partlaması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb
Çinin Dalyan şəhərində yaşayış məhəlləsində təbii qaz borusunun partlaması nəticəsində ən azı 2 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
AZƏRTAC şəhər hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5:50-də Cincou rayonunda baş verib. Qaz sızmasından baş verən partlayış nəticəsində bir nəfərin də itkin düşdüyü bildirilir. Hadisənin baş verdiyi binaya və ətrafdakı 10 avtomobilə zərər dəyib. Yanğınsöndürənlər ərazidə işə başlayandan sonra yaxınlıqdakı avtomobil təmiri sexində daha bir partlayış olub.
Yanğın söndürülüb, hazırda ərazidə axtarış işləri aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=160258