BMT-nin eksperti: “Ermənistandakı AES-in təmiri 3 il gecikib”

26.01.2021 - 14:28

Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib.

“Report” xəbər verir ki, bunu BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın enerji ehtiyacının 30 %-i atom stansiyasının payına düşür: “Ötən onilliklər ərzində iri su elektrik stansiyası tikməməklə böyük səhvə yol veriblər. Məhz atom və hidroenergetika Ermənistanın energetika təhlükəsizliyini təmin edə bilər”.

A.Mərcanyan qeyd edib ki, AES-in təmir məqsədilə 140 gün müddətinə dayandırılması energetika təchizatında gərgin durum yaradacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=160317

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728