NATO-nun Kalininqrad vilayətinə preventiv zərbə ssenarisi bəlli oldu

30.01.2021 - 16:48

Rusiya və NATO arasında olası bir savaş halında Qərb Alyansının ilk hədəfi Kalininqrad vilayəti olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Center for Naval Analyses” (CNA) təşkilatının hesabatında deyilir. Sənəddə deyilir ki, NATO qüvvələri bölgədə ilk növbədə 4 əsas hədəfə qəti zərbə endirəcəklər.

Mərkəzin hesablamalarına əsasən, burada söhbət kiçik mənzilli və nüvə silahını daşıya biləcək ballistik raketlərin (“İsgəndər” kompleksi-red.) buraxılış qurğularının məhvindən gedir. Bundan əlavə RF donanmasının Baltik dənizindəki hərbi infrastrukturun, “Triumf” tipli “S-400” zenit-raket komplekslərinin sıradan çıxarılması, Rusiya ordularının Baltika bölgəsində və Suvalsk dəhlizində yox edilməsi öncəlikli hədəflər olaraq göstərilib.

Sənəddən belə bəlli olur ki, NATO-nun və onun zərbə gücü sayılan Polşa Silahlı qüvvələrinin zəfər qazanmasında əsas faktor “çeviklik və qəfillik” sayılır.

Mərkəzin analitiklərinin rəyinə görə, rus “İsgəndər”lərinin məhvi üçün İran körfəzi savaşındakı təcrübədən hərəkət edərək “R-17” raket buraxılış qurğularından istifadə ediləcək.
Baltika donanmasına zərbə endirməkdən ötrü isə Norveçin “Naval Strike Missile” (NSM) və 155 mm-lik haubitsalarından yararlanılacaq.

Rusiyanın hava hücumundan müdafiə sistemlərini, o cümlədən “S-400”ləri sıradan çıxarmaq məqsədilə “WR-40 Langusta” yaylım atəşli reaktiv sistemləri cəlb olunacaq.

Qeyd olunur ki, 2019-cu ilin sentyabrında ABŞ Hərbi-hava qüvvələrinin komandanı Ceffri Harriqan 2019-cu ilin sentyabrında Pentaqonun Kalininqrad vilayətində hava hücumunun çoxtəbəqəli müdafiəsini yarmaq üçün plan hazırladığını bəyan etmişdi.

2019-cu ilin oktyabrında isə ABŞ-ın Ceymstaun fondunun hərbi eksperti Ruçard Huker Rusiyanın NATO ölkələri ilə toqquşması halında Kalininqrad vilayətini itirəcəyini söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160406

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930