Somalidə prezidentin olduğu ərazi atəşə tutulub

02.02.2021 - 18:16

Ötən gecə Somalinin Qalmuduq əyaləti mərkəzi Düsəmərəb şəhəri minaatanlardan atəşə tutulub, nəticədə aralarında bir polis əməkdaşının olduğu 7 nəfər xəsarət alıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, həmin gün növbəti seçkilərə dair müzakirələr üçün şəhərə ölkə prezidenti Məhəmməd Abdullahi Məhəmməd, baş nazir Məhəmməd Hüseyn Roble və sair yüksək rütbəli rəsmilər, məhəlli rəhbərlər gəlmişdi.

Şahidlər hadisə zamanı azı 10 partlayış səsi gəldiyini bildiriblər. Bu hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, hazırkı prezidentin səlahiyyətləri fevralın 8-də başa çatır. Parlament seçkiləri üçün isə son tarix iki dəfə uzadılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160489

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930