Səudiyyə Ərəbistanı 20 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edib

03.02.2021 - 10:21

Bu gündən etibarən COVID-19 pandemiyasının geniş yayıldığı 20 ölkənin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi qadağan edilib. Bu qərar yalnız diplomatlara, həkimlərə və onların ailə üzvlərinə şamil olunmur.

AZƏRTAC xəbər verir ki, krallığa girişi qadağanın tətbiq edildiyi ölkələrin arasında ABŞ, Yaponiya, Almaniya, həmçinin Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Livan da var. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, siyahıda olan dövlətlərdən gələn başqa ölkələrin vətəndaşları da krallığa buraxılmayacaq.

Yeni qərarın verilməsi son günlər Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayının artması ilə əlaqəlidir. İki gün əvvəl də DİN ölkə sərhədlərinin mayın 17-dək bağlı olacağını elan etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=160510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728