Cənubi Kipr bundan sonra “qızıl pasport”lar dövrünə heç bir zaman qayıtmayacağını bəyan edib

03.02.2021 - 16:55

Cənubi Kipr Respublikasının prezidenti Nikos Anastasiadis bundan sonra ada iqtisadiyyatını gücləndirmək naminə tətbiq olunan “vətəndaşlıq müqabilində pasport” proqramına geri qaytımayacaqlarını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu bəyanatı Ali Məhkəmənin keçmiş sədri Miron Nikolatosun rəhbərliyi altında yaradılan təhqiqat komissiyasına ifadəsində söyləyib. Komissiyaya həmçinin ölkənin Qiymətli kağızlar və birja komitəsinin rəhbəri Demetra Kalogiru, Hesablama palatasının sədri Kiriakos Kiriaku və maliyyə komissarı Pavlos İoannu da daxildir.

Məhz bu komissiya “investisiyalı pasport” proqramının həyata keçirilməsi zamanı dövlət adamlarının yol veridyi sui-istifadə, korrupsiya və rşüvət hallarını araşdırır. Dindirilənlər arasında maliyyə naziri Konstantinos Petridis, onun sələfi Harris Georgiadis, keçmiş daxili işlər naziri Sokratis Xasikos və hətta Kipr pravoslav kilsəsinin rəhbəri II Xriztoma da var.

“Cyprus Mail” qəzetinin yazdığına görə dövlət başçısı xüsusilə adının Səudiyyə Ərəbistanlı bir biznesmenlə iş əlaqələri ilə bağlı suallarda “tər töküb”. Belə ki, Kipr prezidentinin və onun yaxın ətrafının 2019-cu ilin sentyabrında Nyu-Yorka uçmaq üçün həmin səudiyyəlinin şəxsi təyyarəsindən istifadə etdiyi ortaya çıxıb.

Bəhs olunan biznesmen və onun siyahısını verdiyi 38 adam sonradan Kipr vətəndaşlığı alıb. Prezident Anastasiadis səudiyyəli milyarderin ada iqtisaidyyatına milyonlarla sərmayə qoyduğunu söyləməklə özünə haqq qazandırmağa çalışıb.
Xatırladaq ki, 2020-ci ildə “Al Jazeera” telekanalı Kipr Respublikasının şübhəli reputasiyaya malik bir çox şəxslərə pul müqabilində ölkə və bununla da Avropa Birliyi vətəndaşlığını bəxş etdiyi haqqında reportaj yayımlamışdı. Bununla bağlı yaranan skandal ölkə parlamentinin sədri Dimitris Sillurisin istefası ilə nəticələnmişdi. 2020-ci ilin noyabrında isə Kipr Nazirlər Şurası “qızıl pasportlar”ın verilməsinin rəsmən dayandırıldığını açıqlamışdı.

Qeyd etmək lazımdır ki, “qızıl pasportlar”dan ən çox yararlananlar içində keçmiş SSRİ-dən olan qaranlıq keçmişə malik iş admaları, korrupsiya cinayətlərində adı hallanan dövlət rəsmiləri üstünlük təşkil edirlər. Burada xüsusilə Rusiya vətəndaşlarının isimləri göz çarpır. Bunların içində VEB bankın (dövlət korporasiyasıdır) idarə heyətinin sədr müavini Mixail Kozovlev, “VİD” şrkətlər qrupunun sədri Aleksey Uşamirskin, Çuvaşiyanın keçmiş senatoru və “Sintez” qrupunun sahibi Leonid Lebedev, “Qazprom” şirkətinin maliyyə iqtisadiyyat departamentinin sədr müavini İqor Şatalov, biznesmen və müğənni Alsunun əri Yan Abramov, ukraynalı biznesmen İqor Kolomoyskin və başqalarını qeyd etmək olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930