Co Bayden ABŞ və Meksika sərhədində ailələrin yenidən birləşməsi barədə fərmanlar imzalayıb

03.02.2021 - 16:55

ABŞ Prezidenti Co Bayden federal hökumətin mühacirət siyasətində islahat barədə bir neçə fərman imzalayıb. Ağ evin məlumatına görə, bu islahatlar ailələrin qorunması, qanuni miqrasiyanın nizama salınması və sərhədləri qeyri-qanuni keçmələrin öyrənilməsinə istiqamətlənib.

AZƏRTAC xəbər verir ki, Bayden artıq yanvarın 20-də, Prezident vəzifəsinə başlayan kimi, mühacirətlə bağlı bir neçə fərman imzalayıb. Lakin çərşənbə axşamı imzalanan sərəncam sabiq Prezident Donald Trampın “tamamilə qəbuledilməz” siyasətinə uyğun olaraq, ədalətsiz şəkildə ayrı salınmış miqrant ailələrinin yenidən birləşdirilməsinə dair federal hökumətin daha çox razılaşdırılmış və mütəşəkkil səylərini ifadə edir.

Bayden fərmanları imzalamazdan əvvəl bildirib ki, onun vəzifəyə başladığı andan imzaladığı bütün bu fərmanlar yeni qanunlar deyil, onlar sabiq prezidentin “pis siyasətini aradan qaldırır”. Ağ evin bəyanatında qeyd olunur ki, Prezidentin fərmanına əsasən, “ailələrin yenidən birləşdirilməsi” üzrə yaradılacaq məqsədli qruplar “Tramp administrasiyasının ayrı saldığı valideyn və uşaqların tapılması” istiqamətində fəaliyyət göstərəcək. Ağ ev bəyan edib ki, Baydenin məqsədi uzun illər davam edən “xaos, qəddarlıq və qarmaqarışıqlıq”dan sonra qaçqınlar üçün “sığınacaq təqdim edilməsi üzrə insanpərvər sistem” yaratmaqdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160538

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930