Türkiyə hakimiyyətinə könüllü təslim olan terrorçuların sayı 21 nəfərə çatdı

04.02.2021 - 10:38

PKK terror təşkilatının daha beş silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.

“Polis və jandarm terrorçuları separatçı terror təşkilatı PKK sıralarından qaçdıqdan sonra silahlarını yerə qoymağa razı sala bildilər”, – nazirlikdə bildirilib.

Nazirliyin bəyanatında deyilir ki, terrorçular İraq və Suriya ərazisində fəaliyyət göstəriblər.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, təslim olanlardan birinin ailəsi oğlunu terror qruplaşmasının pəncəsindən xilas etmək üçün Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində bir qrup ananın 520 gün ərzində keçirdiyi etiraz aksiyasında iştirak edib.

Beləliklə, bu il Türkiyə hakimiyyətinə könüllü təslim olmuş terrorçuların sayı 21 nəfərə yüksəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=160547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728