Cənubi Koreyada ev heyvanları da karantinə alınacaq
Cənubi Koreyada ev heyvanları da karantinə alınacaq. Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ölkə rəsmiləri koronavirus simptomları müşahidə olunan ev itləri və pişiklərin karantin altına alınacağını açıqlayıb. Hətta həmin ev heyvanlarında müəyyən simptomlar müşahidə edildiyi təqdirdə onlara qarşı test tətbiq ediləcəyi də bildirilib.
Qeyd edək ki, bu qərarın verilməsinə səbəb 27 yanvar tarixində ölkənin Jinju şəhərində yerləşən bir mərkəzdə yaşayan pişikdə koronavirusun aşkarlanması olub.
Heyvanlarda nadir hallarda koronavirus aşkarlansa da, səhiyyə və zoopark işçiləri simptomlar müşahidə olunan heyvanları da testdən keçirəcək. Test nəticələri açıqlanana qədər həmin heyvanların çölə çıxmasına icazə verilməyəcək. Koronavirus testi müsbət çıxan it və ya pişiklər təcrid olunacaq və yalnız bir nəfər ona qulluq edəcək.
Səhiyyə Nazirliyinin bir rəsmisi “Chosun İlbo” qəzetinə verdiyi açıqlamasında bildirib ki, “koronavirus aşkarlanan ev heyvanları da insanlar kimi 14 gün karantin altına alınacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=160572