“Aİ ilə Rusiya arasında fikir ayrılıqları var” – Cozef Borell
Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında hələ də bir sıra mövzularda fikir ayrılıqları qalır, ancaq əməkdaşlıq üçün fürsətlər axtarmaq lazımdır.
Azvision.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borell Rusiyanınn xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflərin əməkdaşlıq edə biləcəyi və çalışmalı olduğu sahələr var, bu halda yaxşı nəticələr əldə ediləcək:
“Ümumi bir dil və qarşılıqlı anlaşma sahələrini tapmaq lazımdır. Səfərimin məqsədi budur. Bu, yalnız ilk addımdır. Hələ də bir neçə məsələdə fikir ayrılığımız var, amma buna baxmayaraq, razılığa gələ biləcəyimiz və əməkdaşlıq edəcəyimiz sahələri xatırlamalıyıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=160654