Maykl Pompeo Co Baydenin diplomatik strategiyasını tənqd edib
ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo prezident Co Baydenin diplomatik siyasətini tənqid edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, yeni xarici siyasi kursla bağlı düşüncələrini “Fox News” kanalına verdiyi müsahibədə çatdırıb.
Dövlət departamentini keçmiş rəhbəri iqtidarları dövründə “Amerikanın geri qayıtdığını, diplomatiyanın isə xarici siyasətin mərkəzinə oturduğunu” iddia edib.
“Hesab edirəm ki, Amerika xalqı bir daha Barak Obananın 8 illik xaric siyasət dövrünü keçirə bilməz. Mən ümid edirəm ki, yeni administrasiya da bizim “Amerika hər şeydən öncə gəlir” prinsipimizə sadiq qalacaq”,-deyə o qeyd edib.
Maykl Pompeo Rusiya ilə bağlı yaşanan gərginliyə də toxunub.
“Biz rəsmi Moskvanın seçkilərimizə qarışmaması üçün çox çalışdıq. Mən gördüyümüz işə görə fəxr hissi keçirirəm. Bundan başqa, mən Rusiyaya qarşı gördüyümüz tədbirlərə görə də olduqca qürurluyam”,-deyə eks dövlət katibi bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=160660