ABŞ dövlət katibindən qəti mesaj: Çinə təzyiqə davam

06.02.2021 - 14:05

ABŞ dövlət katibi Entoni Blinken Çinin uyğurlara, tibetlilərə, Honkonqa qarşı amansız münasibətinə görə rəsmi Pekinə təzyiqlərin səngiməyəcəyinin mesajını verib.

Musavat.com xaric agentliklərə istinadən xəbər verir ki, Dövlət departamentinin rəhbəri bununla Donald Tramp dövründə ÇXR-in hazırkı rəhbərliyinə yönəlik başladılan siyasətin yumşaldılmayacağını göstərib.

Entoni Blinken Çin Kommunist partiyasının Xarici işlər üzrə mərkəzi komissiyasının sədri Yanq Tzeçi ilə söhbətində Ağ Evin yeni administrasiyasının mövqeyini qarşı tərəfə çatdırıb.

“Mən çinlilərə ABŞ-ın öz dövlət maraqlarını qoruyacağını, demokratik dəyərləri dəstəkləyəcəyini və rəsmi Pekini beynəlxalq sistemi pozmaq cəhdlərinə görə məsuliyyətə cəlb edəcəyini söylədim,”-deyə dövlət katibi özünün tvitterdəki mikrobloqunda yazıb.

Bundan başqa E.Blinken Çini “Beynəlxalq birliyə qoşularaq Birmadakı hərbi çevrilişi sərt şəkildə qınamağa səsləyib. Maraqlıdır ki, ABŞ rəsmisi söhbət zamanı həmin dövləti indiki adı ilə “Myanma” deyil, “Birma” adlandırıb.

Birləşmiş Ştatların xarici siyasət idarəsinin başçısı Çini Hind-Sakit okean bölgəsində, habelə Tayvan boğazında beynəlxalq təhlükəsizlik sistemini pozmaq cəhdlərinin qarşısını alacaqlarını qətiyyətlə vurğulayıb.

Entoni Blikenin sözlərinə görə, o, Donald Trampın dövründə Dövlət departamentinin “Çinin Sintszyanda uyğurlara qarşı soyqırım həyata keçirdiyi” barədə mövqeyi ilə tam razıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160709

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031