Çində koronavirusa 12 yeni yoluxma halı qeydə alınıb
Çində ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 yoluxma halı qeydə alınıb.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarının sayı dekabrın 17-dən bu günədək qeydə alınan gündəlik ən az yoluxmadır.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 89 681 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusdan 4 636 nəfər vəfat edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=160716